Levandovskidən rekord göstərici

Levandovskidən rekord göstərici
15:22 10 Noyabr 2019
103 İdman
Ölkə mətbuatı
A- A+

Almaniya Bundesliqasının 11-ci turunda "Bayern"in "Borussia Dortmund"u 4:0 hesabıyla məğlub etdiyi oyun Robert Levandovski üçün əlamətdar olub.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, Levandovski yeni rekord müəyyənləşdirib. Oyunda iki qolla yadda qalan polşalı hücumçu, Bundesliqada ardıcıl 11 oyunda qol vuran ilk futbolçu olub. Bundan əvvəl Köln-ün keçmiş futbolçusu Klaus Allofs və "Borussia"nın keçmiş forvardı Pyer-Emerik Obameyanq ardıcıl 10 oyunda qol vurmağı bacarmışdı.

Sözügedən futbolçuların qol seriyası iki mövsüm ərzində baş versə də, Levandovski bir mövsümdə ardıcıl 11 oyunda qol vurmağı bacararaq, rekord müəllifi olub.

Cari mövsümdə bütün turnirlər nəzərə alınmaqla, 18 oyunda iştirak edən 31 yaşlı futbolçu, 23 qolla yadda qalıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/801200.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR