“Ona heyran olmamaq mümkün deyil”

“Ona heyran olmamaq mümkün deyil”
15:57 10 Noyabr 2019
119 İdman
Ölkə mətbuatı
A- A+

İspaniya La Liqasının 13-cü turu çərçivəsində "Selta"ya 4:1 hesabıyla qalib gələn Barcelona-nın baş məşqçisi Ernesto Valverde açıqlama verib.

Milli.Az komanda.az-a istinadən xəbər verir ki, 55 yaşlı mütəxəssis, oyunda het-triklə yadda qalan Lionel Messiylə bağlı danışıb:

"Messi ilə hər şey mümkündür və hər şey daha asandır. Təkcə vurduğu qollarla deyil, həm də oyunu oxuması və istiqamətləndirməsi ilə komandaya çox böyük fayda verir. Ona heyran olmamaq mümkün deyil.

Messinin cərimə zərbələrini vurmaq baxımından usta olması bizi daha da rahatlaşdırır. Buna görə də, rəqiblər qaydanı pozmaqdan qorxurlar".

İspan mütəxəssis, Antuan Qrizmannla bağlı da danışıb:

"Qrizmann məsələsində səbrli olmalıyıq. Qarşıda çox oyun var. Futbolçularımızı hər oyundan sonra dəstəkləməli, onlara güvənməliyik".

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/801205.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR