Göyçayda avtomobil dirəyə çırpılıb, sürücü ölüb

Göyçayda avtomobil dirəyə çırpılıb, sürücü ölüb
17:02 10 Noyabr 2019
78 Digər
Ölkə mətbuatı
A- A+

Göyçay rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə Qarabaqqal kəndində qeydə alınıb.
Kənd sakini, 1984-cü il təvəllüdlü Xəlilov Anar Muxtar oğlu idarə etdiyi "VAZ-2107" markalı minik avtomobili ilə hərəkətdə olarkən nəqliyyat vasitəsinə idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq elektrik dirəyinə çırpılıb. A.Xəlilov hadisə zamanı ağır bədən xəsarətləri alaraq dünyasını dəyişib. Onun meyiti müayinə üçün Səhiyyə Nazirliyinin Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Göyçay rayon Şöbəsinə yerləşdirilib.
Fakt araşdırlır.


Xəbərin orijinal ünvanı: https://report.az/hadise/goycayda-avtomobil-direye-cirpilib-surucu-olub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR