Ağır atletika üzrə Azərbaycan Kuboku başa çatıb

Ağır atletika üzrə Azərbaycan Kuboku başa çatıb
17:42 10 Noyabr 2019
86 Digər
Ölkə mətbuatı
A- A+

Şüvəlan qəsəbəsindəki Ağır Atletika Akademiyasının yarış zalında keçirilən ağır atletika üzrə Azərbaycan Kuboku başa çatıb.
Azərbaycan Ağır Atletika Federasiyasının mətbuat katibi Kənan Məstəliyevin "Report"a verdiyi məlumata görə, ikinci yarış günündə körpücük üzərinə çəkisi 81, 87, 96, 102, 109-a qədər və 109 kq-dan yuxarı olan atletlər çıxıblar. Bu çəki dərəcələrində müvafiq olaraq Kənan Əliquliyev, Ceyhun Tağızadə, Kamran İsmayılov, Nailxan Nəbiyev, Əliş Nəzərovİsmayıl Qurbanov qalib gəliblər.
Yarışda şəhər və rayonların, idman cəmiyyətlərinin, idman klublarının, idman mərkəzlərinin, UGİM-lərinin hazırkı əsasnamə üzrə təyin olunmuş dərəcə normalarını yerinə yetirən və tibbi müayinədən keçən yüzə yaxın atlet öz qüvvəsini sınayır. Azərbaycan Kubokunun təşkilində məqsəd atletlərin hazırlıq durumlarının yoxlanılması, ehtiyat qüvvənin nəzərdən keçirilməsi, güclü idmançıların seçilməsidir.



Xəbərin orijinal ünvanı: https://report.az/ferdi/agir-atletika-uzre-azerbaycan-kuboku-basa-catib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR