Sərhəd bölgəsində DƏHŞƏTLİ PARTLAYIŞ: ölü və yaralılar var

Sərhəd bölgəsində DƏHŞƏTLİ PARTLAYIŞ: ölü və yaralılar var
18:33 10 Noyabr 2019
72 Digər
Ölkə mətbuatı
A- A+

Türkiyə-Suriya sərhədində insident olub.

Publika.az xəbər verir ki, PKK/PYD terrorçuları Təl Abyad şəhərinin Suluk qəsəbəsinin mərkəzində bomba partladılıb.

İlkin məlumata görə, hücumda 9 nəfər ölüb, 30 nəfər yaralanıb.

Partlayışdan sonra xarabaya çevrilən binaların dağıntıları altında qalanları xilasetmə işləri davam edir.

Qeyd edək ki, Təl Abyad Türkiyə ilə sərhəd xəttində yerləşir və ötən ay bu bölgə "Barış pınarı" hərəkatı ilə terrorçulardan təmizlənmişdi.

Zümrüd


Xəbərin orijinal ünvanı: https://publika.az/news/neareast/295733.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR