“Sabah”ın məşqçisi: “Komanda içində bu cür davranış yolverilməzdir”

“Sabah”ın məşqçisi: “Komanda içində bu cür davranış yolverilməzdir”
19:27 10 Noyabr 2019
98 Digər
Ölkə mətbuatı
A- A+

"Rəqibi tərbik edirəm. İlk hissədə bərabər oyun olsa da, fasilədən sonra vəziyyət dəyişdi. Epizodlara görə biz də uda bilərdik. Müdafiədə səhvlərimiz oldu. Ulis Diallo ikinci hissədə fürsəti dəyərləndirə bilsəydi, nəticə fərqli olardı. Futbol belədir - vurmayana vururlar".
"Report" xəbər verir ki, bunu "Sabah"ın məşqçisi Ramin Quliyev Premyer Liqanın XI turunda evdə "Sumqayıt"a 1:3 hesabı ilə uduzduqları matçdan sonra söyləyib.
38 yaşlı mütəxəssisin sözlərinə görə, orta xəttə zədəli futbolçuları var: "Coşqun Diniyev zədəlidir. Rəşad Eyubov bir az özünü pis hiss edir deyə, məşqlərə qatılmır. Yenə deyirəm, bu gün ikinci hissədə "Sumqayıt" daha üstün oynadı. Bəxt amili də sözünü dedi. Biz vurmadıq, epizodun davamında rəqib vurdu. Yəni, taktiki baxımdan problem yoxdur".
Quliyev Cavid İmamverdiyevin zədəsinin ağır olmadığını bildirib. O, legionerlərin zəif çıxış etməsinə də toxunub: "Qışa qədər 3 oyunumuz var. Yeni gələnlərin içində komandaya uyğunlaşanlar da var, uyğunlaşmayanlar da. Onlara vaxt lazımdır - demək bir qədər də düz deyil. Ola bilər ki, qışda hansısa legioner barəsində qərar verilsin. Ancaq indidən kiminsə ümidləri doğrultamadığını söyləmək də düz deyil".
Gənc məşqçi künc zərbəsi zamanı Ulis Diallonun Cavid İmamverdiyevi itələyərək ona qışqırmasına da münasibət bildirib: "Həmin epizodu biz də gördük. Komanda içində bu cür davranış yolverilməzdir. Bu haqda ölçü götürəcəyik".

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/sabah-in-mesqcisi-komanda-icinde-bu-cur-davranis-yolverilmezdir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR