Goranboyda dəhşətli yol qəzası: 6 nəfər yaralıdır

Goranboyda dəhşətli yol qəzası: 6 nəfər yaralıdır
19:43 10 Noyabr 2019
200 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı-Qazax avtomobil yolunun Goranboy rayon ərazisindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un Qərb Mərkəzinin məlumatına görə, “Hyundai” markalı avtomobillə “VAZ-21011” markalı avtomobilin toqquşması nəticəsində 6 nəfər xəsarət alıb.

Qəzada xəsarət alanlardan beşinin şəxsiyyəti müəyyənləşdirilib.

Onlar - Məmmədov Hüseyn Nizami oğlu (1990), Məmmədova İlhamə Nizami qızı (1983), Məmmədova Svetlana Yadulla qızı (1957), Əliyev Elnur Nəriman oğlu (1988) və Əliyeva Tamam Məmməd qızıdır (1960).

Yol-nəqliyyat hadisəsində xəsərat alanların üçü bir ailənin üzvüdür.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/hadise/295738.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR