Banqladeşdə qasırğa nəticəsində 13 nəfər ölüb

Banqladeşdə qasırğa nəticəsində 13 nəfər ölüb
20:17 10 Noyabr 2019
58 Digər
Ölkə mətbuatı
A- A+

Banqladeş sahillərində baş vermiş “Bulbul” qasırğası nəticəsində ölənlərin sayı 13 nəfərə çatıb.
“Report” xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Bundan əvvəl qasırğa nəticəsində 6 nəfərin öldüyü bildirilmişdi. 
Təbii fəlakət nəticəsində 30 nəfər yaralanıb, 36 nəfər tkin düşüb.
Hökumətin təşəbbüsü ilə sahilyanı ərazilərin 2 milyona yaxın sakini təxliyə edilərək müvəqqəti sığınacaqlara yerləşdirilib.
Qasırğa 6 mindən çox yaşayış binasına ziyan vurub.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/banqladesde-qasirga-neticesinde-13-nefer-olub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR