Türkiyədə “Güvən Dinclik-6” əməliyyatı -

Türkiyənin Daxili İşlər Nazirliyi tərəfindən 81 bölgədə “Güvən Dinclik-6” əməliyyatı keçirilib.

Metbuat.az xəbər verir ki, ölkədə sabitliyi və ictimai asayişi qorumaq məqsədilə keçirilən əməliyyatda 69 min 246 polis əməkdaşı iştirak edib. Əməliyyatlar zamanı 699 min 602 nəfər yoxlanılıb. Müxtəlif cinayətlərlə bağlı axtarışda olan 1476 nəfər saxlanılıb.

Bundan əlavə, yoxlamalar zamanı 13-ü uşaq olmaqla 31 itkin düşmüş hesab edilən şəxs və axtarışda olan 91 avtomobil tapılıb, 10 iş yeri bağlanıb. Həmçinin çox sayda silah-sursat, narkotik maddə ələ keçirilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR