Əlahiddə Ümumqoşun Orduda “Ən yaxşı mühəndis-istehkam və mühəndis-kəşfiyyat manqası” adı uğrunda yarış keçirilib (FOTO/VİDEO)

Əlahiddə Ümumqoşun Orduda “Ən yaxşı mühəndis-istehkam və mühəndis-kəşfiyyat manqası” adı uğrunda yarış keçirilib (FOTO/VİDEO)
22:15 10 Noyabr 2019
81 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Əlahiddə Ümumqoşun Orduda “Ən yaxşı mühəndis-istehkam və mühəndis-kəşfiyyat manqası” adı uğrunda yarış keçirilib.

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, yarışa cəlb olunan mühəndis silahlanma vasitələrinə baxılıb və şəxsi heyətə yarışın məqsədi çatdırılıb.

Yarışda ixtisas hazırlığından şərti düşmənin ön xəttinin qarşısında mina-partlayış maneələrinin kəşfiyyatının aparılması və əl üsulu ilə həmin maneələrdən keçidlərin açılması praktiki yerinə yetirilib.

Sonra yarış iştirakçılarından test üsulu ilə məqbullar götürülüb və qaliblər mükafatlandırılıb.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/azerbaijan/politics/3146722.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR