Ziya Bünyadov prospektində iki avtomobil toqquşdu: yaralılar var

Ziya Bünyadov prospektində iki avtomobil toqquşdu: yaralılar var
22:53 10 Noyabr 2019
81 Digər
Ölkə mətbuatı
A- A+

Bakıda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Publik.az xəbər verir ki, hadisə paytaxtın Ziya Bünyadov prospektində qeydə alınıb.

Belə ki, 10-AR-171 dövlət nömrə nişanlı “Audi” markalı avtomobillə 10-VH-045 dövlət nömrə nişanlı “KİA” markalı avtomobil toqquşub. Zərbənin gücündən “Audi” markalı avtomobil səkiyə çırpılıb.

Qəzada hər iki avtomobilə ciddi ziyan dəyib. Hadisə şahidlərinin bildirdiyinə görə, xəsarət alanlar təcili yardımın köməkliyi ilə yaxınlıqdakı xəstəxanaya aparılıb.

İki avtomobilin toqquşması nəticəsində yolda tıxac yaranıb. Hazırda hadisə yerinə cəlb edilən DYP əməkdaşları yolda maşınların hərəkətini tənzimləyir. Faktla bağlı araşdırma aparılır.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/crime/295749.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR