Fəhlə iş yoldaşının boğazını kəsdi

Fəhlə iş yoldaşının boğazını kəsdi
23:22 10 Noyabr 2019
109 Ölkə
Ölkə mətbuatı
A- A+

Masallıda fəhlələr arasında yaranmış mübahisə insidentlə nəticələnib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə axşam saatlarında rayonun Şərəfə kəndində qeydə alınıb.

Boradigah qəsəbə sakini Rafiq Gülverdiyevin fəhlə kimi çalışdığı evdə iş yoldaşı ilə mübahisə edib. Nəticədə o, mübahisə zamanı əlinə bıçaq götürərək Ukrayna vətəndaşı olan, hazırda Şərəfə kəndində yaşayan 1972-ci il təvəllüdlü Bəhruz Əliheydər oğlu Quliyevin qarın nahiyəsinə bir neçə zərbə endirib və sonra onun boğazını kəsib. Ağır yaralanan B.Quliyev hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı Masallı rayon Prokurorluğu araşdırma aparır.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/crime/801248.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR