NATO Rusiyanı müharibədə yalnız bu yolla məğlub edə bilər - ŞOK SSENARİ

NATO Rusiyanı müharibədə yalnız bu yolla məğlub edə bilər - ŞOK SSENARİ
23:33 10 Noyabr 2019
233 Digər
Ölkə mətbuatı
A- A+

Rusiya ilə NATO arasında Baltik bölgəsində qarşıdurma yaşansa, Kalininqrad şəhəri 2 gün içində işğal edilə bilər.

Publika.az xəbər verir ki, bu barədə Çinineastday.com” xəbər saytı məqalə dərc edib.

Xəbərə görə, Rusiya bu həmləyə cavab olaraq 5 gün ərzində 5-8 Avropa ölkəsinin paytaxtını vura bilər. Nəticədə qarşıdurma regiondan qlobal miqyasa keçər.

Qeyd edək ki, daha əvvəl Vaşinqtonda fəaliyyət göstərən “Ceymstaun Foundeyşn”ın (Jamestown Foundation) mütəxəssisi Riçard Huker Rusiyanın NATO ilə müharibəyə girməsinin əvəzini Kalininqrad ilə ödəyəcəyini bildirmişdi.

“Baltik Ölkələri Necə Qoruna Bilər?” adlı hesabatında Kalininqrad bölgəsini ələ keçirmyin ehtimallarını diqqətə çatdıran Huker bölgədəki ABŞ və Polşa quru qoşunlarının sayının artırılması təqdirində Rusiyanın ani hücuma tab gətirə bilməyəcəyini və bu bölgədəki nəzarətini itirəcəyini bildirib.

Zümrüd


Xəbərin orijinal ünvanı: https://publika.az/news/avropa/295747.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR