Meksikada 26 milyon dollar dəyərində olan qızıl külçələr oğurlanıb

Meksikada 26 milyon dollar dəyərində olan qızıl külçələr oğurlanıb
04:37 11 Noyabr 2019
123 Digər
Ölkə mətbuatı
A- A+

Meksikada quldurlar yük maşınına hücum edərək 26 milyon dollar dəyərində olan qızıl külçələri oğurlayıblar.
“Report” “TASS”a istinadən xəbər verir ki, bu barədə “El Debate” nəşri məlumat yayıb.
İnsident Sonora əyalətində baş verib. Belə ki, bir qrup silahlı şəxs “Noche Buena” mədən şirkətinə məxsus yük maşınına hücum edib və nəqliyyat vasitəsində olan 47 qızıl külçəni oğurlayıb.
Cinayətkarlar mühafizəçiləri yük avtomobilindən çıxararaq tərksilah edib döyüblər. 
Hazırda oğurlanan qızıl külçələrin bazar dəyəri təxminən 524 milyon peso (26 milyon dollar) edir. 
Qeyd edək ki, Meksikada son bir ildə rekord sayda cinayət törədilib ki, nəticədə 20 mindən çox insan həyatını itirib.


Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/meksikada-26-milyon-dollar-deyerinde-olan-qizil-kulceler-ogurlanib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR