Türkiyə Ginnesin Rekordlar Kitabına düşəcək - 11 noyabr münasibətilə...

Türkiyə Ginnesin Rekordlar Kitabına düşəcək - 11 noyabr münasibətilə...
05:03 11 Noyabr 2019
139 Digər
Ölkə mətbuatı
A- A+

Sabah Türkiyədə möhtəşəm təbiət aksiyası keçiriləcək.

Publika.az xəbər verir ki, 11 noyabr münasibətilə yerli vaxtla saat 11:11-də “Gələcəyə nəfəs ol” kampaniyası adı altında ölkənin bütün bölgələrində, ümumilikdə, 11 milyon ağac əkiləcək.

Türkiyənin Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyindən bu barədə verilən məlumata görə, internet vasitəsilə əkilməsi üçün əhaliyə artıq 13,5 milyondan çox ting paylanıb. Tinglər əsasən məktəb, uşaq bağçaları, xəstəxana kimi əhalinin daha çox istifadə etdiyi müəssisələrin həyətlərində əkiləcək.

Ağacəkmə kampaniyasının Ginnesin Rekordlar Kitabına daxil edilməsi gözlənilir.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/maraqlidunyasi/295755.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR