Bakı. Trend:
Meksikanın Sonora ştatında silahlı şəxslər qızıl daşıyan SVD yük maşınına hücum edib.
Trend-in məlumatına görə, bu barədə "El Debate" bildirib.
Məlumata əsasən, cinayətkarlar ümumi dəyəri 500 milyon peso (təxminən 26 milyon dollar) olan 47 külçə oğurlamağı bacarıblar.
İlkin məlumatlara görə, onlar 3 nəfərdən ibarət olub.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin