Moskva Paşinyandan üz döndərdi? - Ekspert detalları açıqladı

Moskva Paşinyandan üz döndərdi? - Ekspert detalları açıqladı
09:03 11 Noyabr 2019
67 Digər
Ölkə mətbuatı
A- A+

“Bir müddət yanlış təbliğat aparıldı ki, guya Moskva Paşinyandan, Paşinyan da Rusiyadan üz döndərib”.

Publika.az xəbər verir ki, bu sözləri “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu qeyd edib.

Politoloq bildirib ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Ermənistana səfərindən əvvəl bu ölkənin “Mediamaks” agentliyinə verdiyi müsahibədə diqqət ediləcək məqamlar var: “Lavrovun cavablarından iki əsas seçməni diqqətinizə çatdırıram: “Nikol Paşinyan Rusiya ilə strateji müttəfiqliyi dərinləşdirmək siyasətinə sadiqdir”, “İrəvanın xarici siyasəti Moskvanı qane edir”. Lavrovun Dağlıq Qarabağ münaqişəsiylə bağlı söylədiyi bir başqa fikir də Ermənistanın maraqları ilə tam üst-üstə düşür: “Dağlıq Qarabağın statusu hüquqi nöqteyi nəzərdən özmüqədərratın təyini yolu ilə həll edilməlidir”.

Rusiya rəsmiləri ara-sıra Paşinyandan narazılıqlarını ifadə edə bilərlər, ancaq konseptual məsələlərdə Ermənistanın hazırki baş nazirindən narazı deyillər. Lavrovun Dağlıq Qarabağın statusu ilə bağlı fikri isə bu deməkdir ki, Azərbaycan bölgənin statusunu müəyyənləşdirəcək referendumun keçirilməsi ilə razılaşmalıdır. Biz həmin “referendumun” nə ilə nəticələnəcəyini yəqin bilirik. Lavrovun “məsləhətinin” də elə həmin “nəticəyə” xidmət etdiyi bəllidir”.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/southcaucasus/295758.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR