Fədayə Laçının oğlunun bu sözləri Mətanəti göz yaşlarına boğdu

Fədayə Laçının oğlunun bu sözləri Mətanəti göz yaşlarına boğdu
09:57 11 Noyabr 2019
Ölkə mətbuatı
A- A+

Bir müddət əvvəl azadlığa çıxan müğənni Fədayə Laçın və oğlu - qəzəlxan Əlhəm Dəşti ATV-də yayımlanan "Ən yaxşısı" verilişində qonaq olub.

Milli.Az baku.ws-ə istinadən bildirir ki, verilişin aparıcısı Mətanət Əliverdiyeva Əlhəm Dəştiyə "Ananın yanında olmadığı bu 2 ildə hansı hissləri keçirdin?" sualını ünvanlayıb.

Əlhəm Dəşti bu suala cavabında iki ildir yaşamadığını söyləyib:

"Anam həbsdən çıxandan sonra onu qucaqladım və o an başa düşdüm ki, iki ildir yaşamıram. Mən bunun icmalını belə izah edə bilərəm. Yenidən dünyaya gəldim".

Aparıcı Mətanət Əliverdiyeva bu cavab qarşısında kövrəlib və göz yaşlarını saxlaya bilməyib.

Milli.Az

 

Xəbərin orijinal ünvanı: https://news.milli.az/showbiz/801278.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR