Maykl Ceksonun İngiltərə Kraliçasına ünvanlanmış - Qəribə tələbi üzə çıxdı

Maykl Ceksonun İngiltərə Kraliçasına ünvanlanmış - Qəribə tələbi üzə çıxdı
10:12 11 Noyabr 2019
112 Maraqlı
Ölkə mətbuatı
A- A+

Pop kralı Maykl Ceksonun həyatı boyu İngiltərə Kraliçası II Elizabetə cəngavərlik titulu almaq üçün çoxlu sayda məktub yazdığı məlum olub.

Milli.Az ölkə.az-a istinadən bildirir ki, Ceksonun keçmiş yaxın mühafizəçisi Matt Fiddes tərəfindən ortaya atılan iddiaya görə, məşhur ifaçı dünyanın ən böyük ulduzu olduğunu əsas götürərək Kraliçadan ona cəngavərlik titulu verməsini xahiş edib.

Adının önündə "ser" ifadəsinin işlənməsini arzu edən Cekson şahzadə Diana ilə dostluğunun bu məsələdə həlledici ola biləcəyinə ümid edirmiş.

Lakin Kraliça heç vaxt Ceksonun tələblərinə məhəl verməyib.

Cekson ABŞ vətəndaşı olan məşhur rejissor Stiven Spilberqin bu titula sahib olduğunu əsas götürərək, cəngavərliyin təkcə ingilislərə verilmədiyinə inanırmış. O, hətta bu məsələdə bir neçə siyasətçinin köməyini də istəyib. Lakin heç zaman istəyi gerçəkləşməyib.

Fiddes qeyd edir ki, Maykl çox məqsədyönlü idi. Həyatı boyunca istəyib bacarmadığı tək şey cəngavərlik titulunu ala bilməməsi olub.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/801276.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR