Mitinq şouları təşkil edənlər hansı haqla Azərbaycan xalqının maraqlarından çıxış edə bilərlər?!

Mitinq şouları təşkil edənlər hansı haqla Azərbaycan xalqının maraqlarından çıxış edə bilərlər?!
10:17 11 Noyabr 2019
50 Ölkə
Ölkə mətbuatı
A- A+

"Müsavat Partiyasının təşkil etdiyi dəyirmi masa siyasi şounun bir tərkib hissəsi idi".

Milli.Az xəbər verir ki, bunu Trend-ə Milli Məclisin Yenin Azərbaycan Partiyasından olan deputatı İlham Məmmədov deyib.

Deputat qeyd edib ki, bu yaxınlarda bitmiş radikal müxalifət nümayəndələri toplaşaraq guya yeni formatda mübarizəyə başladıqlarını cəmiyyətə təqdim etmək istədilər:

"Çox maraqlı bir məqamdır ki, vaxtilə bir-birilərinə nifrət edən insanlar, bir-birilərini kompramat yağışına tutanlar bu gün bir yerə toplaşır və guya ki, Azərbaycan xalqının, dövlətinin gələcək müqəddəratını həll etməyə cəhd edirlər. Ancaq əslinə baxanda, bu dəyirmi masa siyasi şounun bir tərkib hissədi idi. Çünki əllərindən heç bir iş gəlməyən bu adamlar hakimiyyətdə olduqları müddətdə Azərbaycanı tamamilə dağılmaq və xəritədən silinmək təhlükəsinə qədər gətirdilər.

Nəhayət, ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtması Azərbaycanı bəlalardan xilas etdi. Azərbaycan xalqı heç vaxt bunu unutmayacaq".

İ.Məmmədovun sözlərinə görə, digər maraqlı bir məqam isə ondan ibarətdir ki, bu dəfə bu anti-Azərbaycan dəstəyə korrupsionerliyi, qəddarlığı ilə tanınan Əli İnsanov da qoşulub:

"Əli İnsanov ulu öndər Heydər Əliyevin ona göstərdiyi etimaddan özünə yalnız var-dövlət yığmaq, yalnız nüfuzunu artırmaq üçün istifadə etdi və xəyanətkar bir yol tutdu, cəzasını da aldı. Korrupsioner bir insan necə xalqını sevə bilər? Vaxtilə ölkəni dağıdan Əli Kərimli, İsa Qəmbər, eləcə də İsa Qəmbərə "genetik xəstə" deyən həmin Əli İnsanov xəcalət çəkmədən guya Azərbaycan xalqının problemlərini həll etmək üçün yığılırlar. Burada çox qəribə bir təzad alınır.

Mən o görüşdə Əli İnsanovun durduğu vəziyyətə baxdım və gözümün önünə bir anlıq o zamankı İtaliya milli faşist partiyasının lideri, diktator Mussolini gəldi. Duruşlarında, baxışlarında, üz çizgilərində necə də oxşarlıqlar var. Mussolinin xalqı hansı günə saldığı da bəllidir. İndi bunlar yığılıb Azərbaycan xalqının taleyi ilə oynayırlar. Ancaq biz buradan onlara deyirik ki, bəsdirin, əl çəkin! İnsanlarımızı rahat buraxın!

Bu insanlar bir kəlmə də olsun Qarabağın adın çəkmir, aparılan islahatların müsbət məqamlarının heç birini xatırlatmır. Lakin hər bir vəchlə Azərbaycanı dağıtmağa hazırdırlar. Belə olan halda, o dəyirmi masa, mitinq şouları təşkil edənlər hansı haqla Azərbaycan xalqının maraqlarından çıxış edə bilərlər?!".

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/politics/801285.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR