Bundesliqada futbolçu baş məşqçini itələyərək yerə yıxıb

Bundesliqada futbolçu baş məşqçini itələyərək yerə yıxıb
10:22 11 Noyabr 2019
96 Digər
Ölkə mətbuatı
A- A+

Almaniya Bundesliqasının XI turunda “Frayburq”un evdə “Ayntraxt”ı 1:0 hesabı ilə məğlub etdiyi oyunda insident baş verib.
“Report”un məlumatına görə, 90+5-ci dəqiqədə qonaqların futbolçusu David Abraham meydan sahiblərinin baş məşqçisi Kristian Ştrayxı itələyərək yerə yıxıb. Bundan sonra hər iki komandanın oyunçuları arasında qarşıdurma olub.
Hakimlərin müdaxiləsindən sonra kütləvi davanın qarşısı alınıb. Referi Abrahama qırmızı vərəqə verib.

pic.twitter.com/HQzdqSN7h1 — Hydronium (@BaillyRole) 10 ноября 2019 г.


Xəbərin orijinal ünvanı: https://report.az/futbol/bundesliqada-futbolcu-bas-mesqcini-iteleyerek-yere-yixib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR