Gəncədə valyuta mübadiləsilə məşğul olan kişini NİYƏ öldürüblər? TƏFƏRRÜATLAR

Gəncədə valyuta mübadiləsilə məşğul olan kişini NİYƏ öldürüblər? TƏFƏRRÜATLAR
11:08 11 Noyabr 2019
145 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Samir Əli - Trend:

Gəncədə 30 yaşlı kişinin qətlinin təfərrüatları məlum olub.

Trend-in məlumatına görə, hadisə gecə saatlarında baş verib. Gəncə şəhər sakini, 1989-cu il təvəllüdlü Mirağa Əliyevin idarə etdiyi avtomobillə əks istiqamətdə hərəkət 1990-cı il təvəllüdlü Dajban Nicat Elçin oğlunun idarə etdiyi minik maşını toqquşub.

Hadisə hər iki sürücünün mübahisəsinə səbəb olub və mübahisə davaya çevrilib. Hadisə yerindən uzaqlaşan hər iki sürücü sonradan şəhər ərazisində görüşüb. D.Nicat üzərində gəzdirdiyi bıçaqla M.Əliyevə ürək nahiyəsindən iki zərbə endirərək qətlə yetirib.

Hadisəni törədən D.Nicat saxlanılıb.

Faktla bağlı Gəncə şəhər Prokurorluğunda cinayət işi başlanıb.

Xatırladaq ki, qətlə yetirilən Mirağa Əliyev Gəncə şəhərində valyuta mübadiləsi ilə məşğul olurmuş.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/azerbaijan/incident/3146860.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR