Rusiyada qəza: Azərbaycanlı qadınlar yaralandı

Rusiyada qəza: Azərbaycanlı qadınlar yaralandı
11:17 11 Noyabr 2019
93 Ölkə
Ölkə mətbuatı
A- A+

Rusiyanın Xarabrovsk bölgəsinin Trexqornoy küçəsində ağır yol-nəqliyyat hadisəsi baş verib. 

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, qəza zamanı "Lexus" markalı avtomobil yol kənarında dayanmış "Nissan Atlas" markalı maşına çırpılıb. 

Qəza nəticəsində "Nissan"da olan iki qadın xəsarət alıb. Onlar Azərbaycan vətəndaşlarıdır. Hər iki yaralı xəstəxanaya çatdırılıb. Onlardan birinə döş qəfəsinin sınığı, digərinə isə kəllə-beyin travması diaqnozu qoyulub. 

Məlumatlara görə, qəzaya səbəb "Lexus"un sürücüsünün bir anlıq diqqətsizliyi olub. Hadisə zamanı günahkar sürücü də xəsarət alıb. Onun ayağı sınıb və xəstəxanaya çatdırılıb. 

Araşdırmalar zamanı "Lexus"un sığortasının olmadığı da aydınlaşıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/incedent/801284.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR