Emerini "Arsenal"ın baş məşqçisi postunda həmyerlisi əvəzləyə bilər

Emerini "Arsenal"ın baş məşqçisi postunda həmyerlisi əvəzləyə bilər
12:17 11 Noyabr 2019
108 Digər
Ölkə mətbuatı
A- A+

İspaniya millisinin sabiq baş məşqçisi Luis Enrike İngiltərənin “Arsenal” komandasına rəhbərlik edə bilər.
“Report” “Daily Mail”a istinadə xəbər verir ki, London klubunun idman direktoru Raul Sanllexi 49 yaşlı ispaniyalı mütəxəssislə danışıq aparır. Onun həmyerlisi Unay Emerini qışa qədər əvəzləməsinin mümkünlüyü vurğulanır.
Qeyd edək ki, ardıcıl 5 oyundur qalib gələ bilməyən “Arsenal” İngiltərə Premyer Liqasında 12 turdan sonra 17 xalla 6-cı pillədə qərarlaşıb. Enrike iyunda ailə məsələlərinə görə İspaniya millisini tərk edib.

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/emerini-arsenal-in-bas-mesqcisi-postunda-hemyerlisi-evezleye-biler

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR