Azərbaycanda toy karvanında avtomobildən havaya atəş açıldı — VİDEO

“Youtube” sosial şəbəkəsində Qazax rayonun Daş Salahlı kəndində, toy karvanında kənd sakinlərindən birinin avtomobildən havaya atəş açmasının görüntüləri yayılıb.

Metbuat.az yeniavaz.com-a istinadla xəbər verir ki, görüntülər, noyabr ayının 10-da Eldar Barxudarlı adlı şəxsin “Youtube” kanalına yüklənmiş videoda öz əksini tapıb. Sərlövhədə kadrların Qazax rayonunun Daş Salahlı kəndində keçirilən toyda lentə alındığı bildirilib. E. Barxudarlı həmçinin toyu lentə alan operator olduğunu qeyd edib.

Kadrlarda “VAZ-2106” markalı, “09-BC-367” dövlət qeydiyyat nişanlı avtobobilin ön tərəfində əyləşən gəncin ov silahından havaya atəş açdığı müşahidə olunur.
Həmin kadrları təqdim edirik:


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR