Belarus prezidenti Aleksandr Lukaşenko Avropa ölkəsinə səfərə hazırlaşır.
Metbuat.az yerli mətbuata istinadən xəbər verir ki, bu, onun 2016-cı ildən bu yana Avropa İttifaqına ilk səfəri olacaq.
A.Lukaşenko noyabrın 12-də Avstriyaya səfər edəcək. Belarus liderinin Avstriya prezidenti Aleksander Van Der Bellenlə görüşəcəyi gözlənilir.
Qeyd edək ki, Lukaşenko Belarusu uzun müddət tərk etməyib və ona qarşı qüvvədə olan sanksiyalar səbəbindən Aİ-yə işgüzar səfərə getməyib.