Ronaldu yenə Sarriyə etiraz etdi

Ronaldu yenə Sarriyə etiraz etdi
12:47 11 Noyabr 2019
160 İdman
Ölkə mətbuatı
A- A+

"Yuventus"un futbolçusu Kriştianu Ronaldu İtaliya A Seriyasının 12-ci turunda "Milan"la görüşdə əvəzlənməsindən narazı qalıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, matçın 55-ci dəqiqəsində baş məşqçi Mauritsio Sarri onu Paulo Dibala ilə əzəzləyib. Ronaldo meydanı tərk edərək, birbaşa paltardəyişmə otağına yollanıb.

34 yaşlı forvard noyabrın 3-də  Çempionlar Liqasının qrup mərhələsinin "Lokomotiv"lə oyununda da əvəzlənərkən Sarrinin əlini sıxmamışdı.

Qeyd edək ki, "Milan"la görüşdə Ronaldunun əvəzinə meydana daxil olan Dibala 77-ci dəqiqədə komandasına qələbə qazandıran qolu vurub.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/801297.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR