İstirahət günlərində yol qəzalarında 9 nəfər ölüb, 7 nəfər xəsarət alıb

İstirahət günlərində yol qəzalarında 9 nəfər ölüb, 7 nəfər xəsarət alıb
12:47 11 Noyabr 2019
74 Digər
Ölkə mətbuatı
A- A+

Ötən şənbə və bazar günləri daxili işlər orqanlarında qeydə alınan cinayət faktları və hadisələr haqqında statistik məlumatlar açıqlanıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən “Report”a verilən məlumata görə, noyabrın 9-u və 10-da törədilən 31 cinayətin üstü “isti izlər”lə açılıb. 
Əvvəlki dövrlərdən bağlı qalan 9 cinayətin açılması təmin olunub.
Axtarışda olduğuna görə ümumilikdə 19 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 12 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Respublikanın avtomobil yollarında 8 ağır yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 9 nəfər ölüb, 7 nəfər xəsarət alıb. 
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 14 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 44 nəfər saxlanılıb.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/i-stirahet-gunlerinde-yol-qezalarinda-9-nefer-olub-7-nefer-xesaret-alib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR