Şəkidə "KAMAZ"ın təkəri partladı, sürücü ağır yaralandı

Şəkidə "KAMAZ"ın təkəri partladı, sürücü ağır yaralandı
13:47 11 Noyabr 2019
49 Ölkə
Ölkə mətbuatı
A- A+

Şəkidə yük maşınının sürücüsü xəsarət alıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, hadisə rayonun Kiş kəndində baş verib.
Kənd sakini, 1971-ci il təvəllüdlü Şahin Məhərrəmov idarə etdiyi "KAMAZ" markalı yük avtomobilinin təkərinə hava doldurmaq istəyib. Həmin vaxt təkər partlayıb.

Təkərin dəmir halqasının sürücünün üz və baş nahiyəsinə dəyməsi nəticəsində o, ağır xəsarət alıb. Yaralı Şəki şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib. Hazırda Ş.Məhərrəmovun vəziyyəti ağırdır.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/incedent/801369.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR