Dino Ndlovu “Qarabağ”a qayıtmaq istəyir? - FOTO

Dino Ndlovu “Qarabağ”a qayıtmaq istəyir? - FOTO
14:12 11 Noyabr 2019
159 İdman
Ölkə mətbuatı
A- A+

Avropa Liqasının qrup mərhələsinin IV turunda Kiprdə APOEL-ə məğlubiyyətdən (1:2) "Qarabağ"ın hücumçusu Maqaye Qeye performansına görə tənqid hədəfinə tuş gəldi.

Milli.Az sportal.az-a istinadən xəbər verir ki, azarkeş səhifələri Ağdam klubunun keçmiş forvardı Dino Ndlovunun fotolarını paylaşmaqla ondan ötrü darıxdıqlarını və geri dönməsini arzulayıblar.

Cənubi afrikalı futbolçu paylaşımların çox olduğunu görüb, onlardan bəzilərini hekayə bölümünə yerləşdirib. Onun bu addımı "Qarabağ"a qayıtmasının əlehinə olmadığına işarə olub.

Dino hazırda Çin I Divizionunda çıxış edən "Hançjou Qrintaun" klubunda oynayır. 29 yaşlı forvard ən çox maaş alan cənubi afrikalı futbolçulardan biridir. Ndlovunun Çin klubu ilə iki illik müqaviləsi mövcuddur.

2016-2017-ci illərdə "Qarabağ"da oynamış Dino 32 oyuna 17 qol vurmuşdu.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/801340.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR