Nasizm oyandı: gizli sui-qəsdlər, silahlı hücumlar, parlamentin DƏSTƏYİ

Nasizm oyandı: gizli sui-qəsdlər, silahlı hücumlar, parlamentin DƏSTƏYİ
14:33 11 Noyabr 2019
77 Digər
Ölkə mətbuatı
A- A+

Almaniyada Berlin divarının uçurulmasının 30-cu ildönümü qeyd olunduğu bir vaxtda nasizm meylləri, xüsusilə İslamofobiyanın artması müşahidə olunur.

Publika.az
xəbər verir ki, ölkənin şərq əyalətlərində İslamofobiya aşırı dərəcədə hiss olunur.

2017-ci ilin 24 sentyabrında Almaniya Federal Məclisinə keçirilən 19-cu seçkilərdə şərq əyalətlərində məşhur olan “Almaniya üçün Alternativ” Partiyası (AfD) 94 mandat qazanaraq, ilk dəfə parlamentə düşdü. Bundan sonra İslamofobiya artıq siyasi platformaya daşındı.

Almaniya Avropa İttifaqına üzv ölkələr arasında müsəlmanların ən çox yaşadığı ölkələrdəndir.

Federal hökumətin Almaniyada həmrəyliklə bağlı hazırladığı illik hesabatında qeyd olunur ki, ölkənin şərq əyalətlərində əcnəbilərə qarşı düşmənçilik ictimai sabitlik üçün ciddi təhlükəyə çevrilib. Hesabatda şərq əyalətlərində miqrant düşərgələrinə, məscidlərə və İslam mədəni mərkəzlərinə hücumların artdığı da vurğulanır.

Xatırladaq ki, 2011-ci ilə qədər Almaniyanın şərq əyalətlərində “Milli Sosializm – Yeraltı” (NSU) adlı neonasizm terror təşkilatı gizli şəkildə fəaliyyət göstərib. 2011-ci ildə bu təşkilatın təsadüfən ortaya çıxdığı deyilir. Məlum olub ki, 2000-2007-ci illər ərzində təşkilat əcnəbilərə qarşı hücumlar təşkil edib: 8-i türk olmaqla 10 əcnəbi öldürülüb, partlayıcı maddələrdən istifadə olunmaqla iki hücum təşkil edilib, 15 bank qarəti həyata keçirilib.

NSU-nun müxtəlif formalarda bu gün də fəaliyyət göstərdiyi haqda məlumatlar var. Bir müddət öncə təşkilatın ölkədə loyal siyasətçiləri ölümlə təhdid etdiyi ortaya çıxmışdı.

Ötən il “Xristian Demokratlar” partiyasının Hessen bölgəsindəki valisi Volter Lübke bir ultra-millətçinin silahlı hücumu nəticəsində həyatını itirib. Ultra-millətçi qruplar Saksoniya əyalətinin inteqrasiya naziri Petra Köppinqi də ölümlə hədələmişdilər.

Asif


Xəbərin orijinal ünvanı: https://publika.az/news/nida_tehlil/295789.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR