“Bank VTB (Azərbaycan)” qanvermə aksiyası keçirib - FOTO

“Bank VTB (Azərbaycan)” qanvermə aksiyası keçirib - FOTO
18:07 16 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

[ 16 Yanvar 2015 17:59 ]


Bakı. Yeganə Laçınzadə - APA-Economics. Yanvarın 16-da “Bank VTB (Azərbaycan)” “Qan donorları Assosiasiyası” İctimai Birliyi və Azərbaycan Talassemiya Federasiyası ilə birgə növbəti dəfə talassemiyadan əziyyət çəkən uşaqlar üçün qanvermə aksiyası təşkil edib.

 

Bankdan “APA-Economics”ə verilən məlumata görə, qanvermə aksiyası “Bank VTB (Azərbaycan)”ın baş ofisində keçirilib. Aksiyanın keçirilməsi üçün tibbi heyət Səhiyyə Nazirliyi tərəfindən təqdim olunub.

 

Qeyd edək ki, qanvermə aksiyasına bankın 85-dən çox əməkdaşı qatılıb. Nəticədə 16 litrdən çox qan toplamaq mümkün olub. Hər bir donorun qanı əvvəlcədən virus və hər hansı xəstəliyə qarşı ciddi analiz edilib. 

 

“Bank VTB (Azərbaycan)” ölkənin sosial həyatında fəal iştirak edir. Donor qanına ehtiyacı olan uşaqlara kömək etmək hər birimizin borcudur. Bankın kollektivi bu kimi aksiyaları dəfələrə keçirib və xeyriyyəçilik fəaliyyətini gələcəkdə də davam etmək niyyətindədir”, - deyə bankın İdarə Heyətinin sədri Yuri Yakovlev bildirib.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/369396

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR