Mədə xərçənginin inkişaf riskini aşağı salan məhsullar açıqlandı

Mədə xərçənginin inkişaf riskini aşağı salan məhsullar açıqlandı
15:12 11 Noyabr 2019
80 Ölkə
Ölkə mətbuatı
A- A+

Kartof və soğanın müntəzəm qəbulu mədə xərçənginin inkişaf riskini aşağı salır. "Qafqazinfo"nun xarici mətbuata istinadən məlumatına görə, bu qənaətə Çjetsyansk Universitetinin mütəxəssisləri gəlib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Çinli alimlər gündəlik rasionla mədə xərçənginin bağlılğı haqda 76 araşdırmanın nəticələri ilə tanış olub. 6 milyondan çox insanın qidalanması barədə məlumatlar analiz edilib. Nəticədə məlum olub ki, kartof və soğan sevən insanlar bu tərəvəzlərdən az istifadə edənlərdən üç dəfə az mədə xərçəngindən əziyyət çəkib.

Bununla yanaşı alimlər digər qanunauyğunluğu üzə çıxarıb. Belə ki, onların nəticələrinə əsasən, şoraba və alkoqolun həddindən artıq çox istifadəsi mədə xərçənginin inkişaf riskini artırır.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/health/800760.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR