Gürcüstan dəmir yolları ilə konteyner daşımaları 34% artıb

Gürcüstan dəmir yolları ilə konteyner daşımaları 34% artıb
15:22 11 Noyabr 2019
64 Digər
Ölkə mətbuatı
A- A+

Gürcüstan dəmir yolları vasitəsilə bu ilin yanvar-oktyabr aylarında 64 min TEU yük konteyneri daşınıb.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə “Gücüstan Dəmir Yolları” SC məlumat yayıb.
Daşınan konteynerlərin sayı rekord səviyyəyə çatıb. Belə ki, hesabat dövründə daşınan konteynerlərin sayı illik müqayisədə 34%, 2016-cı ilin analoji göstəricisindən isə iki dəfə çoxdur.
Gürcüstan dəmir yolları ilə daşınan yüklərin ümümi həcmi xam neft ististna olmaqla 8,57 mln. ton təşkil edib ki, bu da ötən illə müqayisədə 7% çoxdur.
İlin ilk 10 ayı ərzində ən çox yük oktyabrda nəql olunub. Həmin ayda dəmir yolları ilə daşınan yüklərin həcmi 1 mln. tondan çox olub. 2018-ci ilin oktyabr ayında isə bu göstərici 825 min tona bərabər olub.


Xəbərin orijinal ünvanı: https://report.az/biznes/gurcustan-demir-yollari-ile-konteyner-dasimalari-34-artib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR