Azərbaycandan Gürcüstana səfər edənlərin sayı 8% artıb

Azərbaycandan Gürcüstana səfər edənlərin sayı 8% artıb
15:32 11 Noyabr 2019
73 Digər
Ölkə mətbuatı
A- A+

Ötən ay Azərbaycandan Gürcüstana 119 540 nəfər səfər edib.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Milli Turizm Administrasiyasından bildirilib.
İllik müqayisədə qonşu ölkəyə yollanan Azərbaycan vətəndaşlarının sayı 8 585 və ya 7,7% artıb.
Azərbaycan Gürcüstana səfər edən əcnəbilərin sayı baxımından ikinci yeri tutub. Birinci yerdə 120 978 nəfərlə Ermənistan, üçüncü yerdə isə 118 252 nəfərlə Rusiya qərarlaşıb.
Oktyabr ayında qonşu ölkə, ümumilikdə, 665 055 nəfər beynəlxalq ziyarətçi qəbul edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 8,8% çoxdur. 


Xəbərin orijinal ünvanı: https://report.az/turizm/azerbaycandan-gurcustana-sefer-edenlerin-sayi-7-7-artib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR