“Transmaşholdinq” "Report"un xəbərinə müsbət reaksiya verib

“Transmaşholdinq” "Report"un xəbərinə müsbət reaksiya verib
15:57 11 Noyabr 2019
65 Digər
Ölkə mətbuatı
A- A+

Rusiyanın “Transmaşholdinq” Qapalı Səhmdar Cəmiyyəti "Bakı Metropoliteni” QSC-nin Bakıya yeni gətirilən vaqonların qapılarında yaranan problemlə bağlı onlara göndərmək istədiyi məktuba şifahi olaraq müsbət cavab verib. 
Bu barədə “Report”a “Bakı Metropoliteni”nin baş mühəndisi Əlixan Osmanov məlumat verib.
Ə.Osmanovun sözlərinə görə, onun “Report”a açıqlaması yayımlanandan dərhal sonra Moskvadan zəng olunub.
"Mənim həmin məzmunda açıqlamam yayılandan sonra “Transmaşholdinq”dən zəng ediblər. Bildiriblər ki, artıq açıqlamanı oxuyublar və məsələdən xəbərdardılar. Problemin aradan qaldırılması üçün işlərə başlanılıb",- baş mühəndis əlavə edib.
Xatırladaq ki, bu ilin yanvarında Rusiyanın “Transmaşholdinq” QSC-nin şirkətlər qrupuna daxil olan “Metrovaqonmaş” ASC ilə bağlanmış müqavilə əsasında Azərbaycana 30 vaqon gətirilib. Məlum olub ki, sərnişin sıxlığı zamanı yeni vaqonlardın qapısı sıxıldığı zamanı təhlükəsizlik səbəbindən növbəti stansiyada açılmır. Qapıların açılması üçün maşinistin sistemi yenidən işə salması lazımdır. "Bakı Metropoliteni" isə istəyir ki, problemi aradan qaldırmaq üçün proqram təminatının işi bir qədər məhdudlaşdırılsın.
“Bu məsələni biz mütəxəssislərlə müzakirə etmişik. Nəinki bundan sonra ölkəyə gətiriləcək qatarlarda, həmçinin bu vaxta qədər gətirilən yeni vaqonlarda da proqram təminatını düzəltmək üçün zavoda məktub hazırlamışıq və göndərəcəyik.
Hər yerdə sərnişin qapını tutub saxlayır, proqram təminatı çaşır və qapıları bloka salır. Onların yenidən işə düşməsi üçün proqram təminatı yenidən yüklənməlidir. Biz artıq zavoda məktub hazırlamışıq və tələb edirik ki, proqram təminatı heç zaman qapıları bloka salmasın. Burada yalnız proqram təminatı qapıların bağlanması ilə bağlı komanda verməlidir. Digər məsələlər maşinist üçün saxlanır. O, qapıların bağlanması əmrindən imtina edə bilər, yaxud qapıları yenidən açıb-bağlaya bilər" , - Əlixan Osmanov bildirmişdi. 


Xəbərin orijinal ünvanı: https://report.az/i-nfrastruktur/transmasholdinq-report-un-xeberine-musbet-reaksiya-verib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR