Əsədin qohumları Moskvada obyektlər alır: 40 MİLYON DOLLAR...

Əsədin qohumları Moskvada obyektlər alır: 40 MİLYON DOLLAR...
16:43 11 Noyabr 2019
68 Digər
Ölkə mətbuatı
A- A+

Suriya Prezidenti Bəşər Əsədin ailə üzvləri müxtəlif illərdə Moskvada 19 elit daşınmaz əmlak obyekti alıblar.

Publika.az Axar.az-a istinadla xəbər verir ki, bu məlumatı “Faynənşıl Tayms” yayıb.

Əsəd ailəsinin daşınmaz əmlakının 40 milyon dollar olduğu vurğulanıb. Əmlakın 2013-2019-cu illər arasında əldə edildiyi qeyd edilib. Obyektlərdən 13-nün Bəşər Əsədin yaxın qohumu Hafiz Mahluf və onun nəzarətindəki şirkətlər tərəfindən əldə edildiyi bildirilib. Daha iki obyektə isə Əsədin digər qohumunun həyat yoldaşının sahib olduğu söylənilib.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/neareast/295800.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR