33 il əvvəl şəhərin mərkəzində tikilən binaya hələ də qaz verilmir - VİDEO

33 il əvvəl şəhərin mərkəzində tikilən binaya hələ də qaz verilmir - VİDEO
16:47 11 Noyabr 2019
107 Ölkə
Ölkə mətbuatı
A- A+

Binəqədi rayon Süleyman Sani Axundov küçəsində yerləşən 12 mərtəbəli 3 bina istifadəyə verildiyi 1986-cı ildən etibarən mavi yanacaq üzünə həsrət qalıb.

Milli.Az xəbər verir ki, məsələ ilə bağlı ARB telekanalı geniş araşdırma apararaq sakinlərin probelmini işıqlandırıb.

Sakinlər deyir ki, bu tikililər 1986-ci ildə inşa edilib və o vaxtkı qaydalara əsasən binalara qaz xətləri çəkilməyib.

Sakin: "Burda o, vaxtı qərar var idi ki, 10 mərtəbədən yuxarı qaz olmasın sonrada icazə vermədilər bu binalara qaz çəkməyə".

Sakin: "İşıqla işləməlidir bu binalar, yəni bütün sistemlər işıqla nəzərdə tutulmuşdur. Bu binaların prayekti budur".

Sakin: "Qazsız ev heç cürə sərf eləmir, evimiz isti olmur".

Sakin: "Demək olar ki, hər evdə bir bomba var".

Mənzillərdə mavi yanacaq olmadığından sakinlər məcburi şəkildə qaz balonlarından istifadə etməli olur, təbii ki, bu da təhlükə mənbəyidir çünki ani bir qığılcım kifayyət edir ki, dəhşətli partlayış baş versin.

Sakin: "Dünən burada pajar olub, 6-cı mərtəbədə qaz balonu partladı. Camaatın biri qışqırıb polis çağırdı, biri qışqırıb təcili yardım çağırdı".

Tikildiyi vaxtdan bu yana qazsızlıqdan əziyyət çəkən sakinlər üçün təbii ki, elektrik enerjisi mavi yanacağın yerini vermir.

Sakin: "Bu aristona qızması üçün 3-4 saat lazımdır, qızanda da bir nəfər çimə bilir. Aya gəlib çıxır bununla və peçlə bir yerdə 90-100 manata".

Sakinlər deyir ki, binada qaz olmadığı üçün əvvəllər işıq pulu da güzəştlə hesablanırdı. İstifadə edilən elektrik enerjisinin dəyəri yarıbayarı ödənilirdi. Lakin müəyyən müddət sonra həmin güzəşt də aradan qaldırıldı və vəziyyət daha da qəlizləşdi. Amma qəlizləşən vəziyyətə əncam çəkmək üçün indiyədək aidiyyatı qurum və ya qurumların bu binalarla maraqlandığını görməmişik. Məsələ ilə bağlı Azəriqaz İstehsalat Birliyinin fikirlərini bir də özümüz eşitmək istədik. Qurumun ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Ceyhun Səfərov suallarımıza cavab olaraq bildirdi ki, paytaxtda bu tipli binaların sayı çoxdur. Onların qazlaşdırılması isə Azəriqazın səlahiyətində deyil.

Ceyhun Səfərov ("Azəriqaz" İB-nin şöbə rəisi): "Əgər hər hansı təşkilatın balansındadırsa, o təşkilata deyə bilərlər. Təşkilat özü müraciət edə bilər asan kamunal mərkəzinə, ola bilsin hər hansı təşkilatın balansında deyil çoxdan tikilən binalardır. O halda ailələr özləri fərdi şəkildə asan kamunala müraciət edə bilər. Bundan sonrada ayrılacaq onlara podratçı şirkət hesablama aparacaq, nə qədər orada qaz çəkilişi üçün hansı avadanlıqlar ayrılacaq və nələr lazımdırsa onun simetası hazırlanacaq təqdim ediləcək onlara. Onlar da öz vəsaitləri hesabına o binanın qazlaşdırılmasını həyata keçirdə biləcək". 

Ceyhun Səfərov onu da əlavə etdi ki, əgər sakinlər öz vəsaitləri hesabına belə olsa qaz çəkdirmək qərarına gəlsələr bunun üçün ilk olaraq Fövqəladə Hallar Nazirliyinə müraciət etməlidir. Çünki bu cür binaların əksəriyyətində tikinti vaxtı təhlükəsizlik məsələləri nəzərə alınmayıb. Bu isə o deməkdir ki, 120 ailənin 33 illik həsrətinə yalnız Fövqəladə Hallar Nazirliyinin rəsmi icazəsi əsasında son qoyula bilər.

Milli.Az 


Xəbərin orijinal ünvanı: https://news.milli.az/country/801444.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR