İranda meqa modul zavodu istismara verilib

İranda meqa modul zavodu istismara verilib
16:50 11 Noyabr 2019
154 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. Elnur Bağışov - Trend:

İranın Yəzd vilayətinin Ərdəkan rayonunda Meqa modul (Hot Charge) zavodu istismara verilib.

Trend-in məlumatına görə, zavodun istismara verilməsi mərasimində İran prezidenti Həsən Ruhani və digər rəsmi şəxslər iştirak ediblər.

Bu zavod ildə 1,55 milyon ton süngər dəmir istehsal edəcək.

Zavodun inşasına 4,65 trilyon rial (təxminən 110 milyon dollar) və 83 milyon avro vəsait xərclənib.

Qeyd edək ki, müəssisənin inşasına 2012-ci ildə başlanıb və ötən il sınaqdan keçirilib.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/other/world/3146984.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR