Bələdiyyə seçkilərində iştirak etmək üçün 34624 nəfər müraciət edib

Bələdiyyə seçkilərində iştirak etmək üçün 34624 nəfər müraciət edib
17:32 11 Noyabr 2019
42 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycanda bu il keçiriləcək bələdiyyə seçkilərində iştirak etmək üçün bu günə qədər 34624 nəfər müraciət edib.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov deyib.

M.Pənahov vurğulayıb ki, namizədlərdən 23799 nəfər imza vərəqəsi götürüb və onlardan 7952 nəfəri imza vərəqələrini dolduraraq geri qaytarıb.

M.Pənahov bildirib ki, müraciət edənlərin 68.7 faizi kişilər, 31.3 faizi qadınlardır.

Qeyd edək ki, Azərbaycanda bələdiyyə seçkiləri dekabrın 23-də keçiriləcək.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/politics/801505.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR