Sabirabadda xırdabuynuzlu heyvanları oğurlayanlar saxlanılıb

Sabirabadda xırdabuynuzlu heyvanları oğurlayanlar saxlanılıb
18:12 11 Noyabr 2019
102 Digər
Ölkə mətbuatı
A- A+

Sabirabadda 13 baş xırdabuynuzlu heyvan oğurlayan şəxslər saxlanılıb.
Bu barədə "Report"un Aran bürosuna DİN-in Mətbuat Xidmətinin Şirvan şəhəri üzrə Regional qrupundan bildirilib.
Belə ki, noyabrın 6-da Sabirabadın Əlicanlı kənd sakini rayon polis şöbəsinə ərizə ilə müraciət edərək ona məxsus fərdi yaşayış evinin tövləsindən ümumi dəyəri 1640 manat olan 13 baş xırdabuynuzlu heyvanın oğurlanması ilə bağlı məlumat verib.
Sabirabad Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş, rayonun Yolçubəyli kənd sakini Atəş Hüseynov və Əlicanlı kənd sakini Mirkamal Səmidov saxlanılıb. Dindirilmə zamanı hər iki şəxs törətdikləri cinayəti etiraf ediblər. Oğurladıqları xirdabuynuzlu heyvanlar onlardan maddi sübut kimi götürülərək sahibinə təhvil verilib.
Faktla bağlı Sabirabad RPŞ-nin İstintaq bölməsində araşdırma aparılır.


Xəbərin orijinal ünvanı: https://report.az/hadise/sabirabadda-xirdabuynuzlu-heyvanlari-ogurlayanlar-saxlanilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR