Britaniya kəşfiyyatının eks-zabiti İstanbulda ölü tapıldı

Britaniya kəşfiyyatının eks-zabiti İstanbulda ölü tapıldı
20:22 11 Noyabr 2019
111 Dünya
Ölkə mətbuatı
A- A+

"Ağ dəbilqələr" təşkilatının yaradıcılarından biri, "Mi-6" Britaniya kəşfiyyatının eks-zabiti Ceyms Le Mezyurye Türkiyənin İstanbul şəhərində yerləşən evində ölü vəziyyətdə tapılıb. 

Milli.Az "Qafqazinfo"ya istinadən bildirir ki, bu barədə "Sözcü" qəzeti polisdəki mənbəsinə istinadən xəbər verib.

Mezyuryenin cəsədi bazar ertəsi səhər saatlarında yaşadığı evin həyətində qonşuları tərəfindən tapılıb. Mərhumun evinə gələn polis qapını döyüb. Qapını açan Mezyuryenin həyat yoldaşı ərinin ölüm xəbərindən şok keçirib.

"RİA Novosti" yazır ki, qadının sözlərinə görə, ölümündən əvvəl Mezyurye bir müddət antidepressantlar qəbul edib. İlkin ehtimala görə, o, eyvana çıxıb və oradan evin həyətinə yıxılıb.

Faktla bağlı araşdırma aparılır. 

Milli.Az 


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/801520.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR