Bakıda avtomobil gənc qadını vurub

Bakıda avtomobil gənc qadını vurub
20:27 11 Noyabr 2019
62 Digər
Ölkə mətbuatı
A- A+

Bakıda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Report" xəbər verir ki, hadisə paytaxtın Sabunçu rayonunda qeydə alınıb.
Quba sakini 1993-cü il təvəllüdlü Verdiyeva Səbinə Vüqar qızı yolu keçərkən onu avtomobil vurub.
Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona sol ayağının 3 tərəfdən açıq sınığı diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/bakida-avtomobil-genc-qadini-vurub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR