ABŞ fəlakətin astanasındadır: on minlərlə insan təhlükədə

ABŞ fəlakətin astanasındadır: on minlərlə insan təhlükədə
22:13 11 Noyabr 2019
63 Digər
Ölkə mətbuatı
A- A+

ABŞ-da on minlərlə insan hər an çökmə təhlükəsi olan su anbarlarını əhatəsində yaşayır.

Publika.az xəbər verir ki, bu faktı ölkənin 44 ştatında və Porto Rikoda araşdırma aparan “Assaciated Press” agentliyinin müxbirləri ortaya qoyub.

2 ilə tamamlanan araşdırma zamanı federal qeydlər və sənədlər üzərində analiz aparan AP, ümumilikdə, 688 anbarın qəzalı vəziyyətdə olduğunu təsbit edib.

Stanford Universitetinin həyata keçirdiy Milli Anbar Performans Proqramına görə, son 40 ildə ABŞ-da minə yaxın anbar çöküb. Yaşanan su basqınlarında 34 nəfər ölüb, yüzlərlə insan evsiz qalıb.

Zümrüd


Xəbərin orijinal ünvanı: https://publika.az/news/abs/295822.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR