Berlində İkinci Dünya Müharibəsindən qalmış bomba zərərsizləşdirilib

Berlində İkinci Dünya Müharibəsindən qalmış bomba zərərsizləşdirilib
22:42 11 Noyabr 2019
100 Digər
Ölkə mətbuatı
A- A+

Almaniyanın paytaxtı Berlinin Hellersdorf rayonunda İkinci Dünya Müharibəsi vaxtından qalmış 250 kq çəkiyə malik bomba zərərsizləşdirilib.
"Report" xəbər verir ki, bu barədə Berlin polisi özünün özünün "Twitter"dəki səhifəsində bildirib.
Qeyd edilir ki, bomba yerli vaxtla saat 14:53-də partladılaraq zərərsizləşdirilib. Zərərsizləşdirmə əməliyyatı müvəffəqiyyətlə başa çatıb. "Məhdudlaşdırıcı tədbirlər dayandırılıb və Hellersdorf sakinləri öz evlərinə qayıda bilərlər", - "Twitter"də bildirilir.
Daha əvvəl hüquq-mühafizə orqanlarının əməkdaşları bildiriblər ki, rayonda təxminən 13 min nəfər bombanın zərərsizləşdirilməsi işləri ilə əlaqədar təxliyyə ediləcək.



Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/berlinde-i-kinci-dunya-muharibesinden-qalmis-bomba-zerersizlesdirilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR