Tramp Moralesin istefasını demokratiya üçün əlamətdar an adlandırıb

Tramp Moralesin istefasını demokratiya üçün əlamətdar an adlandırıb
00:52 12 Noyabr 2019
72 Digər
Ölkə mətbuatı
A- A+

ABŞ prezidenti Donald Tramp Boliviya prezidenti Evo Moralesin istefasını alqışlayıb.
Bu barədə "Report" RİA "Novosti"yə istinadən xəbər verir.
Ağ Ev rəhbəri bildirib ki, bu, Nikaraquanın və Venesuelanın "qeyri-qanuni" hakimiyyətləri üçün əhəmiyyətli siqnaldır.
"Boliviya prezidenti Evo Moralesin dünənki istefası Qərb yarımkürəsində demokratiya üçün dönüş anı oldu", - deyə Trampın Ağ Evdə yayılmış bəyanatında deyilir.
"Birləşmiş Ştatlar Boliviya xalqının azadlığa cəhdini, Boliviya hərbçilərinin isə yalnız bir insanı yox, həm də Boliviyanın konstitusiyasını müdafiə etməsini alqışlayır", - deyə açıqlamada bildirilir.
"Bu hadisələr Venesuela və Nikaraquadakı qeyri-qanuni rejimlərə əhəmiyyətli siqnaldır ki, demokratiya və xalqın iradəsi həmişə qalib gələcək. İndi biz tamamilə demokratik, çiçəklənən və azad Qərb yarımkürəsinə bir addım daha yaxınıq", - deyə ABŞ lideri fikirlərini yekunlaşdırıb. 


Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/tramp-moralesin-istefasini-demokratiya-ucun-elametdar-an-adlandirib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR