Tramp Zelenski ilə telefon söhbətinin stenoqramını yayacaq

Tramp Zelenski ilə telefon söhbətinin stenoqramını yayacaq
04:12 12 Noyabr 2019
76 Digər
Ölkə mətbuatı
A- A+

ABŞ prezidenti Donald Tramp Ukrayna prezidenti Vladimir Zelenski ilə ilk telefon söhbətinin stenoqramını yayacaq.
"Report" xəbər verir ki, bu barədə Ağ Ev rəhbəri özünün "Twitter"dəki səhifəsində yazıb.
ABŞ lideri qeyd edib ki, bu həftə Ukrayna lideri Vladimir Zelenski ilə "birinci və ən əhəmiyyətli" aprel telefon söhbətinin stenoqramını dərc edəcək.
"Tarixdə ən şəffaf prezident kimi qalmaqda davam etmək üçün, mən bu həftə birinci stenoqramı, deməli, Ukrayna prezidenti ilə ən əhəmiyyətli telefon söhbətinin mətnini elan edəcəyəm", - deyə Tramp yazıb.
Qeyd edilir ki, söhbət aprel ayında baş tutmuş telefon danışığından gedir. Həmin vaxt ABŞ lideri Ukraynada keçirilmiş prezident seçkilərində qələbə münasibətilə Vladimir Zelenskini təbrik edib. 


Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/tramp-bu-hefte-zelenski-ile-ilk-telefon-sohbetinin-stenoqramini-yayac

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR