Ərdoğan ABŞ-a səfər edəcək

Ərdoğan ABŞ-a səfər edəcək
07:57 12 Noyabr 2019
125 Dünya
Ölkə mətbuatı
A- A+

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan amerikalı həmkarı Donald Trampın dəvəti ilə 12-13 noyabr tarixlərində ABŞ-a işgüzar səfər edəcək.

Milli.Az Trend-ə istinadən bildirir ki, səfər zamanı Türkiyə və ABŞ liderləri ikitərəfli əlaqələrin müxtəlif aspektlərinə, regional və beynəlxalq gündəmdəki məsələlərə, xüsusilə də Suriyadakı vəziyyətə toxunacaqlar.

Bundan əlavə, tərəflər terrorizmlə mübarizədə həmrəyliyin, əməkdaşlığın və koordinasiyanın gücləndirilməsi yollarını müzakirə edəcəklər.

Səfər zamanı T.Ərdoğan işgüzar dairələrin nümayəndələri qarşısında çıxış edəcək. Tədbirin təşkilatçısı ABŞ Ticarət Palatasıdır.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/801556.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR