Toyota proqnozları geridə qoyub

Toyota proqnozları geridə qoyub
08:32 12 Noyabr 2019
Ölkə mətbuatı
A- A+

Yaponiyanın avtomobil istehsalçısı Toyota-nın ikinci rüb mənfəət rəqəmləri proqnozlardan yüksəkdir.

Milli.Az "Marja"-ya istinadən xəbər verir ki, dünyanın ən böyük avtomobil şirkətlərindən biri olan "Toyota Motor Corporation" ikinci rüb maliyyə göstəricilərini açıqlayıb. Şirkət ikinci rübdə 662.39 milyard Yapon yeni əməliyyat mənfəəti əldə edərək 603.96 milyard yenlik proqnozu keçib.

Avtomobil istehsalçısının xalis mənfəəti isə 592 milyard Yapon yeni təşkil edib. Proqnoz 522.24 milyard yen idi.

Şirkətin xalis satış gəliri 7.64 trilyon yen səviyyəsində reallaşaraq 7.45 trilyon yenlik proqnozu geridə qoyub.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/800998.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR