NDU-da elektron imtahan sistemi uğurla tətbiq olunur

18:11 16 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

Naxçıvan Dövlət Universitetində (NDU) növbəti qış semestr imtahanları elektron qaydada keçirilir.
 
Universitetdən verilən məlumata görə, imtahan zallarında veb kameralar quraşdırılıb. Elektron təhsil şöbəsinin əməkdaşları  imtahanlarda yaranan texniki problemləri yerindəcə həll edir.
 
Tələbələr  müəyyən olunmuş vaxt ərzində kompüterin köməyi ilə 50 sualı cavablandırır, nəzarətçilər tələbənin imtahanı başlamasını və bitirdiyini təsdiqlədikdən sonra, tələbə imtahan nəticələri ilə bağlı dərhal məlumat əldə edə bilir. Elektron imtahanların gedişində ciddi texniki problemlərə, neqativ hallara rast gəlinərsə, tələbənin şikayətinə baxılması və obyektiv həlli məqsədilə appelyasiya komissiyası yaradılır. Gələcəkdə imtahan fənlərini daha dolğun əhatə etmək məqsədilə sualların artırılması və təkmilləşdirilməsi  nəzərdə tutulub.
 
Qeyd edək ki, qış semestr imtahanları ərzində universitetin I, II və III kurslardan olan  3027 nəfər tələbəsi  elektron test üsulu ilə 927 imtahan verəcək.
CAHANGİR
 
RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR